İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
Türkiyə regionda gərginliyin aradan qalxması üçün səylərini əsirgəmir. Ankara İranın parçalanmasına və qonşu ölkədə vətəndaş müharibəsinin alovlanmasına yönələn istənilən plana, o cümlədən separatizm və etnik qarşıdurma yaradılmasından istifadə edilməsinə qarşı çıxır.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, İran məsələsi almaniyalı həmkarı ilə aparılan danışıqların əsas mövzularından biri olub.
“İranda baş verənlər kontekstində heç bir yanlış addıma yol verilməsinə imkan verməyəcəyik. Türkiyə müharibənin gedişi və onun nəticələri ilə bağlı hadisələrin inkişafının bütün ssenarilərinə hazırdır”, – deyə türkiyəli nazir vurğulayıb.