İranın Suriyada yeni konsulluğu
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Suriyanın paytaxtı Dəməşqdə əvvəlki binanın İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində dağıdılmasından sonra respublikanın yeni konsulluğunu açıb.
Bu barədə İranın SNN telekanalı məlumat yayıb.
İran XİN rəhbəri deyib: “Biz şadıq ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binasının açılışı Suriyanın görkəmli xarici işlər nazirinin iştirakı ilə baş tutub.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
