00:00:00
Yazar
Güllər Gülhüseynova
22.03.2026 09:36 8 1 dəq oxuma
Dünya

İranın Yəzd şəhərindəki hərbi obyektlərə zərbələr endirilib

İranın Yəzd şəhərindəki hərbi obyektlərə zərbələr endirilib

İranın mərkəzi hissəsində yerləşən Yəzd şəhərində bir neçə raket buraxılış qurğusu zərbələrə məruz qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasından (IRIB) bildirilib.

 

Bundan başqa, ölkənin mərkəzi hissəsindəki digər yaşayış məntəqələrində - İsfahan və Fereydunşəhrdə güclü partlayışlar barədə məlumatlar daxil olur. İranın qərbində isə Həmədan şəhəri zərbəyə məruz qalıb.

 

Hazırda zərbələr nəticəsində infrastrukturun mümkün dağıntıları və ya əhali arasında tələfat barədə məlumat daxil olmayıb.

 

Bununla yanaşı, "Al Hadath" telekanalı İranın paytaxtı Tehranın qərb, şərq və cənub-şərq hissələrində çoxsaylı partlayışlar barədə xəbər verib. Konkret hansı obyektlərin hücuma məruz qaldığı, eləcə də dəyən ziyan və hücum nəticəsində mümkün zərərçəkənlər barədə məlumat yoxdur.

#hərbi #xəbər #yəzd #i̇ranın #zərbələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər