00:00:00
Yazar
Güllər Gülhüseynova
05.05.2026 08:54 15 1 dəq oxuma
Dünya

İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır

İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır

İran parlamentində ABŞ ilə danışıqlar barədə narahatlıq ifadə olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasındakı iştirakına dair "Telegram" kanalında məlumat yayıb.

 

A. Əraqçi müharibə başlayan tarixdən siyasət və xarici əlaqələr sahəsində baş verən hadisələr, eləcə də diplomatik proseslər barədə hərtərəfli hesabat təqdim edib. "Deputatlara digər dövlətlərin də mövqeyi izah olunub", - paylaşımda bildirilib.

 

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri qeyd ediblər ki, innovativ yanaşma ilə İranın maraqlarını və qanuni hüquqlarını təmin etmək üçün bütün resurslarından istifadə olunmalıdır.

#danışıqlar #xəbər #narahatdır #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər