İraqın şimalında 2 PKK terrorçusu zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalında "pəncə -kilid"əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamaya əsasən: “İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 2 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Harada olursa olsun, son terrorçu zərərsizləşdirilənə qədər terror təşkilatı PKK ilə mübarizəmiz davam edəcək”.
Fatimə Aslanova
Mənbə: Türkhaber
