00:00:00
Yazar
Admin User
09.09.2025 12:04 126 2 dəq oxuma
Siyasət

İrəvan ABŞ ilə Zəngəzuru müzakirə edəcək

İrəvan ABŞ ilə Zəngəzuru müzakirə edəcək

Ermənistan yaxın vaxtlarda ABŞ ilə Zəngəzur dəhlizi məsələsi üzrə müzakirələrə başlayacaq ,bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, sülh sazişi dəhlizdən asılı deyil:

 

"Bu, ABŞ-nin regiona yeni formatda, yeni simada bir oyunçu kimi daxil olması və onun iqtisadi-siyasi gücünün möhkəmlənməsi deməkdir. ABŞ yalnız Cənubi Qafqazda deyil, Zəngəzur dəhlizindən istifadə edən bütün ölkələr qarşısında da öz siyasi mövqelərini gücləndirmiş olacaq. Əlbəttə, əgər bu dəhlizə nəzarəti ələ alarsa.Hələ tam aydın deyil ki, ABŞ yalnız investisiya qoyacaq, yoxsa dəhlizin qorunmasını da üzərinə götürəcək. Ermənistan isə bu barədə ziddiyyətli məlumatlar verir. Bir tərəfdən İranla, Rusiyayla danışıqlar aparır, digər tərəfdən Paşinyan, Mirzayan və Qriqoryan bildirirlər ki, dəhlizi Ermənistan tərəfi qoruyacaq. Buna görə də dəhlizin təhlükəsizliyini kimin həyata keçirəcəyi hələ dəqiq bilinmir. Amma aydındır ki, ABŞ investisiya qoyacağı halda həm gəlir götürəcək, həm də iqtisadi cəhətdən dəhlizə təsir imkanlarına sahib olacaq.Sülh sazişinə gəlincə, o, dəhlizdən asılı deyil. Sazişin mətnində dəhliz məsələsi ayrıca göstərilməyib. Sülhün bağlanması imkanlarının artması və sürətlənməsi əsasən Ermənistandan asılıdır. Azərbaycan artıq təkliflərini təqdim edib, sənədlər paraflanıb. İndi məsələ Ermənistanın üzərindədir.Sülh sazişinin imzalanmasını tezləşdirən əsas şərt Ermənistanın konstitusiyasına düzəliş etməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Bu nə qədər tez baş versə, saziş də o qədər tez imzalanacaq. Burada iki əsas məsələ var: birincisi, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi – bu artıq baş verib. İkincisi isə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Əgər Ermənistan bu addımı da atarsa, sülh sazişi çox qısa müddətdə imzalana bilər".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər