00:00:00
Yazar
Admin User
25.08.2025 13:41 204 2 dəq oxuma
Siyasət

İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

Ermənistan parlamentində 2026-cı ilin büdcə layihəsi təqdim olunub. Bu, İrəvanın təhlükəsizlik siyasətində köklü dönüşün yarandığını göstərir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, əsas amil Azərbaycanın güc mövqeyidir:

 

"Məsələyə bir neçə kontekstdə yanaşmaq mümkündür. Əsas amil Azərbaycanın güc mövqeyidir. Ölkəmiz torpaqlarını işğaldan azad etdikdən sonra sülh gündəliyini irəli apardı və bu prosesdə Azərbaycanın gücü həlledici rol oynadı. Ermənistan 2020-ci ildən sonra Azərbaycana qarşı təxribatlara davam etmək istəsə də, nəticə əldə edə bilmədi. Azərbaycanın strateji baxışları və ordusunun gücü regiondakı prosesləri idarə edir və milli maraqlarımızı qoruyur. Ermənistan Azərbaycanla bir çərçivə sənədini imzalayıb və buna uyğun davranmaq məcburiyyətindədir. Amma buna baxmayaraq, Ermənistanı tələsərək sülh göyərçini kimi qəbul etmək olmaz. Ermənistanın Azərbaycan və xalqımıza qarşı etdiklərini unutmamalıyıq. Prezidentimizin strateji baxışları və ordumuzun gücü prosesləri haqlı mövqelərimizə uyğun idarə edir. Ermənistan artıq reallıqları dərk edir və Azərbaycana qarşı revanş cəhdlərinin mümkün olmadığını anlayır. Baş nazir Nikol Paşinyan da Qarabağ iddialarından əl çəkmədiyi halda müstəqilliyin təhlükədə olacağını etiraf edib.Ermənistanın müdafiə və təhlükəsizlik xərclərinin azalması iqtisadi səbəb deyil, ABŞ və Avropa Birliyi tərəfindən verilən silah və təhlükəsizlik təminatları ilə bağlıdır. 2024-cü ilin aprelində Brüsseldə ABŞ-nin dövlət katibi Blinken, Avropa Şurasının prezidenti Ursula fon der Leyen və Ermənistanın Baş naziri Paşinyan görüşündə əsas müzakirə mövzusu təhlükəsizlik təminatları olub. Bundan sonra həm ABŞ, həm də Avropa Birliyi Ermənistanı davamlı olaraq silahlandırıb, Hindistan da iştirak edib. Prezidentimizin Kəlbəcər səfəri zamanı verdiyi “Hər zaman müharibəyə hazır olmalıyıq” mesajı da Ermənistan tərəfindən mümkün revanş cəhdlərinə işarədir.Tarixi göstərir ki, Ermənistana inanmaq olmaz. Buna görə də ordumuz güclənir, siyasi və diplomatik maraqlarımız təmin olunur. Bu amillər Ermənistanı Azərbaycana qarşı revanş cəhdlərinin mənasız olduğunu dərk etməyə məcbur edir".

 


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər