İrəvan Qarabağ məsələsini buna görə bağlayıb
Biz sərt reallıqla üzləşdik, Ermənistanın müstəqliyi və suverenliyinin qorunub saxlanılması üçün “artsax”dan qurtulmaq lazım idi.
"İnformator.az" "Globalinfo.az" istiandla xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.
O, artıq vəziyyəti anladığını və hər şeyin məcburiyyətdən irəli gəldiyini bildirib:
“Biz anidən sərt reallıqla üz-üzə qaldıq. Ümumiyyətlə, “artsax” sanki Ermənistanın boynunda ilgək idi. Yəni ölkənin müstəqilliyi və suverenliyinin qorunması üçün ondan qurtulmaq zərurəti yaranmışdı”.