00:00:00
Yazar
Admin User
19.08.2025 06:32 113 1 dəq oxuma
Dünya

İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb

İrəvanda Paşinyanın Pezeşkianla görüşü başlayıb

 

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

 

M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, "Şərq-Qərb" marşrutu ticarət üçün mühüm platforma ola bilər.

 

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər