00:00:00
Yazar
Admin User
11.12.2025 08:51 95 1 dəq oxuma
Dünya

İrəvandan Rusiyaya reyslər ləğv edilib

İrəvandan Rusiyaya reyslər ləğv edilib

Rusiya paytaxtındakı bir neçə hava limanının müvəqqəti bağlanması səbəbindən “Aeroflot” aviaşirkətinin Moskva-İrəvan reysi ləğv edilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” hava limanı məlumat yayıb.

 

Uçuş cədvəlinə əsasən, təyyarə Rusiya paytaxtından dekabrın 11-də İrəvan vaxtı ilə təxminən saat 10:00-da yola düşməli idi. “Rosaviasiya”nın məlumatına görə isə “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 

Təhlükəsizlik tədbirlərinin PUA-ların hücum təhlükəsi ilə əlaqədar olduğu bildirilir. Yekaterinburq-İrəvan reysi də təhlükəsizlik səbəbindən təxirə salınıb.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvanın hava limanlarının bağlı olması səbəbindən eniş edə bilməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər