İşğal olunması göstərişi verilib
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının tamamilə işğalına dair bir plan üzərində düşündüyü bildirilib. Netanyahu ordudan bu planı hazırlamasını tələb edib və planın girovların saxlanıldığı əraziləri də əhatə edəcəyi qeyd olunub.
HƏMAS isə İsrailin təhdidlərini ciddiyə almadıqlarını bildirərək, “Bu cür təhdidlər qərarlarımızı təsirləndirməz”, – deyə açıqlama verib. İsrailli bir rəsmi isə “HƏMAS girovları təslim olmadan buraxmayacaq, biz də təslim olmayacağıq. Əgər indi hərəkətə keçməsək, girovlar aclıqdan öləcək və Qəzza HƏMAS-ın nəzarətində qalacaq”, – deyə bildirib.
Netanyahunun qapalı iclaslarda “Qəzzanın işğalı” ifadəsindən istifadə etdiyi, plan həyata keçərsə, hazırda İsrail ordusunun nəzarət etdiyi ərazilərin 75 faizinin də İsrailin tam hakimiyyəti altına keçəcəyi qeyd olunub. Lakin İsrail ordusu bu plana qarşı çıxır və HƏMAS-ın infrastrukturunun tamamilə məhv edilməsinin çox uzun zaman alacağını bildirib.
Digər tərəfdən, HƏMAS ilə İsrail arasında aylardır davam edən atəşkəs danışıqları nəticəsiz qalıb. HƏMAS danışıqların yenidən başlanması üçün yüzlərlə yardım maşınının Qəzzaya girişinə icazə verilməsini şərt qoyub. Lakin beynəlxalq yardım təşkilatları yardımların HƏMAS-a keçmədən bölgəyə çatdırılması üçün çalışıb.
Ötən həftə HƏMAS Qəzzadakı aclıq böhranını göstərmək məqsədilə zəif düşmüş girovların görüntülərini yayımlayıb. Qırmızı Xaç bu girovlara birbaşa yardım göndərməyi qəbul etsə də, HƏMAS yardımların yalnız İsrail keçid yollarını tamamilə açdığı və hava hücumlarını dayandırdığı halda qəbul ediləcəyini bildirib.
Birləşmiş Millətlər isə iyul ayında verdiyi açıqlamada Qəzza əhalisinin yarısından çoxunun aclıq təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib.
Haberler.com
Aygün Babayeva