İslam Əməkdaşlıq Təşkilatının toplandığı gün ABŞ boş durmayıb
ABŞ dövlət katibi Marko Rubio Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İsrailin Qəzzadakı müharibəsinə “sarsılmaz dəstək” vəd edib və HƏMAS-ın məhv edilməsinin vacibliyini bildirib. Rubio və Netanyahu arasında görüş İslam ölkələrinin liderlərinin Qətərə dəstək məqsədilə Dohada keçirilən zirvə görüşünə təsadüf etməsi ilə diqqət çəkib.
İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə Qətərə hücumdan sonra HƏMAS liderlərini hədəf alan əməliyyatların davam edəcəyini açıqlayıb. Qüdsdə ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında danışan Netanyahu hər bir ölkənin sərhədlərindən kənarda özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb.
ABŞ-nin hücumda hər hansı bir şəkildə iştirak edib-etməməsi ilə bağlı sualı cavablandıran Netanyahu, "Biz bunu tamamilə özümüz etdik. Nöqtə" deyib. Rubio və Netanyahunun görüşü Qətərə dəstək məqsədilə İslam liderlərinin Dohada keçirilən sammitinə təsadüf edib. Sammitdə çıxış edən Qətərin baş naziri beynəlxalq ictimaiyyəti “ikili standartların tətbiqinə son qoymağa” çağırıb və deyib ki, İsrail cəzalandırılmalıdır.
Son Dakika
Banuçiçək Qurbanova