İslandiya Eurovision müsabiqəsini boykot edən beşinci ölkə olub
İslandiya 2026-cı il Eurovision Mahnı Müsabiqəsini boykot edəcəyini bildirən İspaniya, İrlandiya, Sloveniya və Niderlanda qoşulub. Bu beş ölkənin hamısı İsrailin müsabiqədə iştirakı ötən həftə rəsmi şəkildə təsdiqləndikdən sonra yarışmadan çəkilib.
İslandiyanın milli yayım qurumu RÚV-un baş direktoru Stefan Eiriksson bildirib: Hazırkı vəziyyətdə bu müsabiqə ilə bağlı nə sülh, nə də sevinc var. Bu səbəbdən, ilk növbədə, vəziyyət belə qaldığı müddətcə biz geri çəkilirik.
BBC NEWS
Gövhər Mehyəddinova