00:00:00
Yazar
Admin User
11.09.2025 12:26 87 1 dəq oxuma
Dünya

İspan gəmiləri Tunisə yola düşüb

İspan gəmiləri Tunisə yola düşüb

Soyqırımçı İsrailin blokadasını yarmaq və humanitar yardım çatdırmaq məqsədilə Qəzzəyə getmək üçün yola çıxan “Qlobal Qətiyyət Donanması”na qoşulmaq üçün 31 avqustda İspaniyadan yola çıxan və Tunisdəki Sidi Busaid Limanına gələn gəmilər ölkənin şimalında yerləşən Bizert Limanına doğru hərəkət edib.


“Qlobal Qətiyyət Donanması”nda yer alan və 7 sentyabrda paytaxt Tunisdəki Sidi Busaid Limanına çatan 22 ispan gəmisi, Tunisdən donanmaya qoşulacaq digər gəmiləri gözləmək üçün ölkənin şimalında yerləşən Bizert Limanına doğru yola çıxıb.


Bakı vaxtı ilə 13:30-da yola çıxan gəmilər, Bizert Limanında aralarında türk fəalların da olduğu, Tunisdən “Qlobal Qətiyyət Donanması”na qoşulacaq gəmilərin gəlməsini gözləyəcəklər.


Tunisin Bizert şəhərindən Qəzzaya doğru qarşıdakı günlərdə birlikdə yola çıxacaq donanmanın dəqiq hərəkət günü və saatı təhlükəsizlik səbəbi ilə açıqlanmır.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər