00:00:00
Yazar
Admin User
09.09.2025 13:36 89 2 dəq oxuma
Dünya

İspaniya iki israilli naziri ölkəyə buraxmayıb

İspaniya iki israilli naziri ölkəyə buraxmayıb

İspaniya hökuməti “Qəzzadakı soyqırım, insan haqlarının pozulması və müharibə cinayətlərində birbaşa iştirak edən bütün şəxslərin İspaniya ərazisinə girişinin qadağan edilməsi” qərarı çərçivəsində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib.


İspaniya hökuməti bu gün keçirilən Nazirlər Kabineti iclasında təsdiqləyib qüvvəyə mindirdiyi, Qəzzadakı soyqırıma görə İsrailə qarşı hazırlanan 9 maddəlik sanksiya paketi çərçivəsində iki israilli nazirin də ölkəyə girişinə qadağa qoyub.


İspaniyanın Baş naziri Pedro Sançesin dünən elan etdiyi sanksiya paketindən sonra İsrail hökuməti cavab olaraq İspaniyanın baş nazir müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Dias ilə Uşaq və Gənclər naziri Sira Reqonun ölkəyə girişini qadağan edib.


Buna cavab olaraq İspaniya hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə ölkəyə giriş qadağası qoymaq qərarı qəbul edib.


İspaniya hökumətinin bu gün təsdiqlədiyi İsrailə qarşı sanksiyalar paketindəki maddələrdən birində “Qəzzadakı soyqırım, insan haqlarının pozulması və müharibə cinayətlərində birbaşa iştirak edən bütün şəxslərin İspaniya ərazisinə girişinin qadağan edilməsi” ifadəsi yer alsa da, bu tədbir hələlik yalnız iki israilli nazir ilə məhdudlaşdırılıb.


İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Nazirlər Kabinetindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, israilli iki nazirdən İspaniya ərazisinə daxil olmağa icazə verilməyəcək və onların adları Şengen informasiya sisteminə daxil ediləcək.


Albares əlavə edib ki, İspaniyaya girişi qadağan olunan israillilərin siyahısında hazırda “13 zorakı yəhudi məskunlaşanı” var və bu iki nazir də siyahıya əlavə edilib. O, həmçinin siyahının “açıq və daimi şəkildə genişləndiyini” vurğulayıb.


İspaniya baş naziri Sançesin dünən İsrailə qarşı 9 maddəlik sanksiya qərarını elan etməsindən sonra iki ölkə arasında diplomatik böhran daha da böyüyüb.


İsrail hökuməti İspaniyanı qəbul etdiyi qərarlara görə “antisemitizmdə” günahlandırıb, hökuməti “korrupsiyaya bulaşmaqda” ittiham edib və İspaniyanın baş nazir müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Dias ilə Gənclər və Uşaqlıq naziri (fələstin mənşəli) Sira Reqonun ölkəyə girişinin qadağan olunduğunu açıqlayıb.


Bu hadisədən sonra İspaniyanın xarici işlər naziri Albares, ölkənin Təl-Əvivdəki səfirini məsləhətləşmə üçün Madrida geri çağırıb.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər