00:00:00
Yazar
Admin User
08.09.2025 12:10 94 1 dəq oxuma
Dünya

İspaniya ilə İsrail arasında diplomatik böhran dərinləşir

İspaniya ilə İsrail arasında diplomatik böhran dərinləşir

İspaniya hökuməti bəyan edib ki, Qəzzada törətdiyi soyqırım səbəbilə 9 maddəlik sanksiya qərarı qəbul etdiyi İsrailin İspaniyaya yönəlmiş ittihamlarını və gördüyü tədbirləri qətiyyətlə rədd edir.


İspaniya Baş naziri Pedro Sançesin bu səhər İsrailin Qəzzada törətdiyi soyqırıma qarşı 9 maddəlik sanksiya qərarını açıqlamasının ardından, İsrail hökumətinin reaksiyası və ittihamları ilə iki ölkə arasında diplomatik böhran daha da böyüyüb.


İspaniya Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib:


“İspaniya hökuməti İsrail hökumətinin İspaniya və ispan xalqına yönəlmiş antisemitizm ittihamlarını, eləcə də hökumətin iki üzvünün (nazirlər Yolanda Diaz və Sira Reqonun) İsrailə girişinə qoyulan qəbuledilməz qadağanı qətiyyətlə rədd edir”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər