00:00:00
Yazar
Admin User
11.07.2025 12:19 133 1 dəq oxuma
Dünya

İspaniya silahlı qüvvələrinin sayını artıracaq

İspaniya silahlı qüvvələrinin sayını artıracaq

İspaniya hökuməti NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində 2035-ci ilə qədər silahlı qüvvələrin sayını 14 min nəfər artırmağı planlaşdırır.

 

Planlaşdırılan artım mərhələli şəkildə həyata keçiriləcək: 2025–2029-cu illər ərzində orduya 7 min hərbçi, 2030–2034-cü illərdə isə əlavə 7 min nəfər cəlb olunacaq.

 

İspaniya parlamentinin hərbi nəzarət orqanının məlumatına əsasən, 2024-cü ilin əvvəlinə ölkənin silahlı qüvvələrində 116,4 min hərbçi xidmət edib.

 

Mövcud qanunvericilik çərçivəsində hər hansı dəyişiklik edilmədən ordunun şəxsi heyətinin 140 min nəfərə qədər artırılması mümkündür. Bu sayın 50 minini zabit və çavuş heyəti təşkil edə bilər.

 

Mənbə: Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər