00:00:00
Yazar
Admin User
22.08.2025 12:27 65 1 dəq oxuma
Dünya

İspaniya və Portuqaliya tarixlərindəki ən böyük yanğınlarla mübarizə aparır

İspaniya və Portuqaliya tarixlərindəki ən böyük yanğınlarla mübarizə aparır

İspaniya və Portuqaliya avqustun əvvəlində başlayan və tarixlərində ən böyük hesab olunan meşə yanğınları ilə mübarizəni davam etdirirlər. Havanın yaxşılaşmasına baxmayaraq, hər iki ölkədə hələ də alovu 20 nöqtədə lokallaşdırmaq mümkün olmayıb: onların 18-i İspaniyada, 2-si isə Portuqaliyadadır.


Hakimiyyət orqanlarının məlumatına görə, yalnız avqust ayında İspaniyada baş verən yanğınlar nəticəsində dörd nəfər həyatını itirib. Ən çox zərər görən bölgələr isə ölkənin şimalında yerləşən Qalisiya (Ourense, Pontevedra) və Kastiliya və Leon (Zamora, Leon) vilayətləri olub.


Mülki müdafiə xidməti və yerli hakimiyyət orqanları bildiriblər ki, yanğınların intensivliyi ötən həftə ilə müqayisədə azalıb və əlverişli hava şəraiti sayəsində alovu tədricən nəzarət altına almaq mümkün olur.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər