İspaniyadan İsrailə qarşı 9 maddəlik sanksiya qərarı
İspaniya Baş naziri Pedro Sançes, İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma cavab olaraq 9 maddəlik sanksiya paketi açıqlayıb. İsrailə silah daşıyan gəmi və təyyarələr İspaniyaya daxil ola bilməyəcək.
Madriddəki Baş nazirlik binasında (Moncloa) mətbuat sualları qəbul etmədən çıxış edən Sançes bildirib:
“İsrailin Qəzzada etdikləri müdafiə deyil, müdafiəsiz bir xalqın məhv edilməsidir. İspaniya olaraq təkbaşına İsrailin hücumlarını dayandıra bilmərik. Atom bombamız, təyyarədaşıyan gəmilərimiz, böyük neft yataqlarımız yoxdur, amma bu, İsraili dayandırmağa çalışmaqdan imtina edəcəyimiz demək deyil”.
“BMT”nin qeydlərinə görə, son iki ildə İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarında 63 mindən çox insan öldürülüb, 15 min 900-dən çox yaralı var, 250 min nəfər aclıqla üzləşib və yarısı yetkinlik yaşına çatmayan təxminən 2 milyon nəfər köçkün düşüb. Sançes çıxışında dəfələrlə “İsrail soyqırımı həyata keçirir”,- ifadəsini işlədib.
Baş nazir qeyd edib ki, İsraili dayandırmaq yalnız İspaniyanın əlində deyil, amma son iki ildə həm humanitar yardımlar, həm də siyasi və hüquqi addımlarla daimi atəşkəs üçün təşəbbüslər göstərilib. “İspaniya, Qəzzadakı soyqırımı dayandırmaq və Fələstin xalqına dəstək üçün dərhal qüvvəyə minəcək 9 əlavə tədbir qərarı qəbul edib”, – deyə o bildirib.
Haber Global
Nuray Əliyeva