İsrail 2023-cü ildə Fələstinin 44 min hektar ərazisini ələ keçirib
Bu ilin ilk yarısında İsrailin işğal altındakı İordan çayının qərb sahilində 303 fələstinli tikilisini yıxdığı və təxminən 44 min hektar ərazini ələ keçirdiyi açıqlanıb.
İnformator.az NTV-yə istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının (FAT) Ayrılıq Divarı (Utanc Divarı) və Yəhudi Məskunlaşmaları ilə Mübarizə Şurasının dərc etdiyi hesabata görə İsrail gücləri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Yerusəlimdə 256 ayrı dağıntı həyata keçirib.
Bu söküntülərdə 303 bina yerlə-yeksan edilib. Dağıntılar nəticəsində 272-si uşaq olmaqla 543 nəfər evsiz qalıb.
İsrail əsgərləri və yəhudi köçkünlər təxribat, ağacların kökündən çıxarılması, yolun bağlanması və fələstinlilərə və fələstinli strukturlara fiziki xəsarət yetirmə kimi 4073 ayrı pozuntuya yol veriblər.
Fələstin vətəndaşlarına məxsus torpaqlarda İsrail tərəfindən 13 qeyri-qanuni yaşayış məntəqəsi qurulduğu halda, 44 min hektar ərazi də müxtəlif səbəblərdən zəbt edilib.
Nigar
