İsrail 38 fələstinlini sərbəst buraxdı
İsrail 25-i qadın və 14-ü uşaq olmaqla 39 fələstinli məhbusu azad edib.
İnformator.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.
O qeyd edib ki, HƏMAS silahlıları 24 girovu Qırmızı Xaç əməkdaşlarına təhvil verib.
Onun sözlərinə görə, azad edilənlər arasında 13 israilli, 10 taylandlı və bir filippinli var.