İsrail atəşkəsə baxmayaraq Rəfah sərhədini açmayacağını bildirib
İsrail mediası İsrailin HƏMAS ilə atəşkəs razılaşmasına baxmayaraq, Misir üzərindən Qəzza zolağına keçidi təmin edən Rəfah sərhəd keçid məntəqəsini sabah açmayacağını bildirib.
Qəzzada atəşkəs razılaşmasının şərtlərinə görə sabah açılmalı olan Rəfah sərhəd keçid məntəqəsinin İsrail tərəfindən bağlı qalacağı bildirilib.
İsrailin Rəfah sərhəd keçid məntəqəsinin açılmamasına səbəb kimi HƏMAS-ın əlində olan bütün ölən israilli məhbusların cəsədlərinin geri qaytarılmasının gecikməsini göstərdiyi açıqlanıb.
İsrailli məhbusların geri qaytarılması cəsədlərin yeri bilinmədiyi üçün gecikdirilib və İsrailin buna cavab olaraq Rəfah Sərhəd keçid məntəqəsini açmayaraq HƏMAS-a "sanksiya tətbiq etdiyi" bildirilib.
İsrailin bu sanksiyalar çərçivəsində Qəzzaya yardımı məhdudlaşdıracağı da qeyd edilib.
HƏMAS məhbus mübadiləsi çərçivəsində Qəzza zolağında 4 israilli məhbusun cəsədini Qırmızı Xaç təşkilatına təhvil verib.
İsrailin Qəzzaya iki ildir davam edən soyqırım hücumları və İsrail ordusunun Qəzzanın bəzi hissələrini işğal altında saxlaması səbəbilə, HƏMAS-ın bütün cəsədləri tapmasını təmin etmək üçün Türkiyə, Qətər, Misir və ABŞ-dən nümayəndələrdən ibarət bir komitənin yaradılması qərara alınıb.
Qəzzada Atəşkəs və Məhbusların Mübadiləsi Sazişi
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.
Müqavilə danışıqların getdiyi Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib.
İsrail ordusunun müqavilədə nəzərdə tutulduğu kimi "Sarı xətt"dən çəkilməsindən sonra Qəzza zolağında atəşkəsin həmin gün saat 12:00-da qüvvəyə mindiyi açıqlanıb.
Trt Haber
Aydan Əsgərxanlı