İsrail atəşkəsi pozub:
İsrailin Qəzzaya qarşı dünən gecədən etibarən həyata keçirdiyi hücumlar nəticəsində atəşkəs pozulub. Səhiyyə rəsmilərinin və şahidlərin verdiyi məlumata görə, İsrail ordusunun hava zərbələri nəticəsində 24-ü uşaq olmaqla 63 fələstinli həyatını itirib.
Məlumatlara əsasən, İsrailin “sarı xətt” adlanan əraziyə endirdiyi hava zərbələri zamanı yaşayış evləri, mülki avtomobillər, sığınacaqlar və xəstəxana hədəfə alınıb.
Hadisə beynəlxalq ictimaiyyətdə böyük narazılıq doğurub və bölgədə vəziyyətin daha da gərginləşdiyi bildirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu