00:00:00
Yazar
Admin User
24.12.2025 17:34 81 2 dəq oxuma
Siyasət

İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı genişləndirir

İsrail Azərbaycanla sosial sahədə əməkdaşlığı genişləndirir

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bildirib ki, İsrail Azərbaycanla, xüsusilə sosial rifah və icma dəstəyi sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir. O, İsrailin təşəbbüsü ilə Bakıdakı 4 nömrəli internat tipli ümumtəhsil məktəbində təmir edilən Musiqi Otağının açılışında iştirak etdiklərini qeyd edərək, iki ölkə arasında mövcud münasibətlərdən qürur duyduqlarını vurğulayıb.

 

Mövzu ilə bağlı Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail-Azərbaycan sosial əməkdaşlığının genişlənməsi, xüsusilə sosial rifah, təhsil və icma dəstəyi kimi sahələri əhatə etməsi ikitərəfli münasibətlərin “yumşaq güc” komponentini gücləndirir və bu, gələcəkdə siyasi dialoqa da müsbət təsir göstərə bilər:

 

“Belə təşəbbüslər dövlətlərarası əlaqələri təkcə təhlükəsizlik və enerji müstəvisindən çıxararaq cəmiyyətlər səviyyəsinə daşıyır. Sosial layihələr vasitəsilə formalaşan qarşılıqlı etimad, ictimai rəydə müsbət imic yaradır və bu da siyasi əməkdaşlığın daha dayanıqlı, uzunmüddətli əsaslar üzərində qurulmasına şərait yaradır. Bu baxımdan İsrail və Azərbaycan arasında humanitar ölçülü əməkdaşlıq siyasi münasibətlərin institusional dərinliyini artıran tamamlayıcı amil kimi çıxış edir. Digər tərəfdən, bu cür sosial layihələr iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yalnız rəsmi sənədlər və yüksək səviyyəli görüşlərdən ibarət olmadığını nümayiş etdirir. İsrailin sosial sahəyə yönələn təşəbbüsləri regionda əsasən praqmatik maraqlar prizmasından qiymətləndiriləcək və bir çox dövlətlər bunu açıq rəqabət elementi kimi deyil, humanitar diplomatiyanın nümunəsi kimi qəbul edəcəklər. Xüsusilə təhsil və sosial rifah sahəsində həyata keçirilən layihələr regional balansı pozmadan, İsrailin Azərbaycanla münasibətlərini daha “yumşaq” və qəbulolunan formada möhkəmləndirir. Bu yanaşma həm İsrailin regional imicinin formalaşmasına, həm də Azərbaycanın çoxtərəfli və balanslı xarici siyasət xəttinin davamına uyğun gəlir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər