00:00:00
Yazar
Admin User
01.08.2025 11:32 112 1 dəq oxuma
Dünya

İsrail bütün diplomatik heyətini və ailələrini təxliyə edəcək

İsrail bütün diplomatik heyətini və ailələrini təxliyə edəcək

İsrail, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan bütün diplomatik heyətini və onların ailə üzvlərini təxliyə etmək qərarına gəlib.

 

Bildirilir ki, İsrailin BƏƏ-dəki diplomatik nümayəndəliklərində çalışan bütün əməkdaşlar və onların ailələri ölkədən çıxarılacaq.

 

İsrail Xarici İşlər Nazirliyinin BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən səfirlikdə və Dubaydakı baş konsulluqda fəaliyyət göstərən bütün diplomatik heyəti və ailələrini təxliyə etmək barədə qərar qəbul etdiyi qeyd olunub.

 

Milli Təhlükəsizlik Şurası isə verdiyi səyahət xəbərdarlığında, BƏƏ-də İsrail hədəflərinə qarşı hücum ehtimalından narahatlığa əsaslanaraq, "Ölkəyə zəruri olmayan səfərlərdən çəkinmək və səyahəti planlaşdıranların qərarlarını bir daha nəzərdən keçirməsi şiddətlə tövsiyə olunub" ifadəsinə yer verib.


Haberler.com
Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər