İsrail bir daha Qətərə hücum etməyəcək
ABŞ prezidenti Donald Tramp İsrailin Qətərə bir daha hücum etməyəcəyini deyib.
Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə hava zərbələri ilə bağlı müraciət edib. Qətərin “çox yaxşı müttəfiq olduğunu və çoxlarının bunu bilmədiyini” şərh edən Tramp, İsrailin baş naziri Binyamin Netanyahunun Qətərə bir daha hücum etməyəcəyini bildirib.
A Haber
Çimnaz Telmanqızı