00:00:00
Yazar
Admin User
29.01.2024 19:03 333 1 dəq oxuma
Dünya

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqi vurub

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqi vurub

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hava hücumu həyata keçirib. Reuters xəbər agentliyi İran İnqilab Keşikçiləri Korpusunun hədəf alınan Seyyidə Zeynəb bölgəsində olduğunu və hücumda 6 nəfərin öldüyünü açıqlayıb. Digər tərəfdən ilk görüntülər İsrailin hədəf aldığı bölgədən gəlib.

 

Oktyabrın 7-dən bu yana Qəzzanı qan gölünə çevirən və 26 mindən çox fələstinlini qətlə yetirən İsrail Yaxın Şərqdə gərginliyi artıracaq addım atıb. Suriyanın paytaxtı Dəməşqə hava hücumu həyata keçirən İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Seyyidə Zeynəb bölgəsini hədəfə aldığı bildirilib.

 

İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə hava zərbəsi endirib. Times of Israel qəzeti İsrailin Dəməşqin cənubundakı Seyyidə Zeynəb bölgəsini hədəf aldığını və bölgədə partlayış səslərinin eşidildiyini açıqlayıb.

 

Qətər mərkəzli Əl-Cəzirə telekanalı xəbərində “Suriyanın paytaxtı Dəməşqin cənub bölgəsində İsrailin növbəti şübhəli hava hücumu təşkil edib” ifadəsini “son xəbərlər” kodu ilə yerləşdirib.

 

Digər tərəfdən, Reuters xəbər agentliyi İran İnqilab Keşikçiləri Korpusunun İsrailin vurduğu Seyyidə Zeynəb bölgəsində olduğunu və hücumda 6 nəfərin öldüyünü bildirib.

 

Bölgədən çəkilən ilk görüntülərdə hücumdan sonra bir neçə nöqtədən tüstü qalxdığı, bir çox nöqtədən partlayış səsləri eşidildiyi görünür.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər