İsrail Dohada HƏMAS nümayəndələrini hədəfə alıb
İsrail Dohada danışıqlar zamanı Həmas danışıqlar qrupunu hədəfə alıb. Qətərin paytaxtı Dohada partlayış səsləri eşidilib. Paytaxtın Katara rayonundan tüstünün qalxdığı görülüb. İsrail Ordusu Radiosu, "İsrail Qətərdə HƏMAS liderlərinə hücum etməyə cəhd edib" elan edib.
İsrailin Kanal 12 televiziyasına danışan İsrail rəsmisi Qətərdəki partlayışların oradakı Həmas rəsmilərinə qarşı sui-qəsd olduğunu bildirib.
İsrail ordusu yeri dəqiqləşdirmədən Dohadakı hücuma görə məsuliyyəti rəsmən üzərinə götürüb.
Əl-Cəzirə xəbər verir ki, "Həmas danışıqlar qrupu Dohada danışıqlar zamanı hədəfə alınıb".
TRT haber
Aydan Məmmədova