00:00:00
Yazar
Admin User
03.01.2024 10:39 366 1 dəq oxuma
Dünya

İsrail dronu Hamasa böyük itki verdi

İsrail dronu Hamasa böyük itki verdi

İsrailin göndərdiyi pilotsuz idarə edilən təyyarə, Beyrutda Hamas liderinin müavinini öldürüb. Qəzza zonasında ümumilikdə həyatını itirənlərin sayı 22.000-i ötüb. 

 

Fələstin və Livan təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, dekabrın 2-də İsrailin havaya buraxdığı dron Livanın paytaxtı Beyrutda Hamas liderinin yardımçısı Saleh Əl-Arurini qətlə yetirib. Hamasın Əl-Əqsa radiosu və Livanın Mayadeen televiziyası təhlükəsizlik mənbələrindən Fələstin İslamçı Hərəkatının xaricdə yerləşən siyasi bürosunun üzvü və Hamasın hərbi qanadı Qəssam Briqadalarının həmtəsisçisi Arurinin öldürüldüyü xəbərini təsdiqləyib. Həmçinin, Dron, Beyrutun cənubundakı ofisinə zərbə endirib. Livanın dövlət xəbər agentliyi daha əvvəl İsrail-Hamas müharibəsinin Qəzza zolağından kənara da yayılma riskini vurğulayaraq, şəhərin cənubundakı Daliyə qəsəbəsində pilotsuz təyyarənin hücumu nəticəsində ümumilikdə 6 nəfərin həlak olduğunu bildirib. Hamasın müttəfiqi Livanın ağır silahlı Hizbullah qruplaşması oktyabrın əvvəlində Qəzza müharibəsi başlayandan bəri Livanın cənub sərhədi boyunca İsraillə demək olar ki, hər gün silahlı qarşıdurma şəraitindədirlər.

 

Əli Məmmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər