00:00:00
Yazar
Admin User
30.10.2025 18:21 128 2 dəq oxuma
Dünya

İsrail etiraz edib, Türkiyədə hazırlıq başlayıb

İsrail etiraz edib, Türkiyədə hazırlıq başlayıb

Türkiyə Silahlı Qüvvələri Qəzza zolağında atəşkəs rejiminin monitorinqi üçün beynəlxalq sabitləşdirici qüvvələrin yaradılması ilə bağlı xarici tərəfdaşlarla təmasları davam etdirir.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Telman Nüsretoğlu bildirib ki, Türkiyə bütün baxımlardan ədaləti təsis etməyə, Yaxın Şərqdə sülh, əməkdaşlıq və təhlükəsizlik mühitinə nail olmağa çalışır:

 

“Fələstin–İsrail məsələsinin ədalətli şəkildə həll edilməsinə, Qəzzədəki bütün insanların vicdanlarını sızladan insanı dramın aradan qalxmasına səy göstərir. Amma İsrail istəmir ki, yanı başında yəni Qəzzədə güclü bir dövlət ordusuyla mövcud olsun. Ona görə də Türkiyənin orada olmasını istəmir, Qəzzəyə beynəlxalq sülhqurucu qüvvələrin tərkibində Türkiyənin yer almasını qəbul etmir. Strateji planda Yaxın Şərqdə yeni münasibətlər sisteminin formalaşması, bunun qalıcı hala gəlməsi, sülhün təmin edilməsi, ərəb–İsrail münasibətlərinin tənzimlənməsi və Fələstin məsələsinin çözülməsi Türkiyə olmadan mümkün deyil. Burada strateji layihələri və dizaynları nəzərə alsaq, görərik ki, İsrail eyni zamanda Suriya gələcəkdə İraq və İranla bağlı da hesabları olan bir ölkədir. Bütün bu coğrafiyada Yaxın Şərqdə Türkiyə regional gücdür. Ona görə də Türkiyəni kənarda qoyaraq hansısa bir modelə İsrail nail ola bilməz. Yaxın keçmiş göstərib ki, Qəzzədə ciddi nəticə əldə etmək çətindir, çünki orada etnik təmizləməyə qarşı çıxan, əzmkar vətənpərvər əhali yaşayır. Onlar yurdlarından, vətənlərindən çıxmaq istəmirlər. Bu məsələ strateji planda, yəni Türkiyənin Qərb və Amerika ilə münasibətləri səviyyəsində onu göstərir ki, Qəzzədə atəşkəs rejiminin davamlı olması və sonrakı mərhələdə bunun sülhə çevrilməsi üçün Türkiyənin orada olması vacibdir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər