00:00:00
Yazar
Admin User
02.09.2025 06:14 86 1 dəq oxuma
Dünya

"İsrail Fələstini tamamilə məhv etmək istəyir"

"İsrail Fələstini tamamilə məhv etmək istəyir"

Fələstin Dövlət Başçısı Abbas bildirib ki, “qatil İsrail” Qəzzanı demək olar ki, məhv etdikdən sonra indi Fələstini də tamamilə məhv etmək istəyir".

 

Fələstin Dövlət Başçısı Mahmud Abbas, Səudiyyə Ərəbistanı mərkəzli “Al-Arabiya” kanalına verdiyi müsahibədə bildirib:


“İsrail, Fələstini tamamilə məhv etmək istəyir. İsrail Fələstinə aid heç nə görmək istəmir və buna görə də (2023) 7 oktyabrdan sonra etdiklərini edib, Qəzzanı isə demək olar ki, yerlə-yeksan edib.”

 

Abbas İsrailin niyyətinə toxunaraq əlavə edib:

 

“İsrailin etməyə çalışdığı, istədiyi və davam etdirdiyi budur. Beynəlxalq ictimaiyyət isə həyata keçirilməyən qərarlar qəbul etməyə öyrəşib. BMT-də minlərlə qərar qəbul olunub, lakin bir dənəsi belə icra edilməyib.”

 

Fələstin lideri vəziyyətin yalnız Qəzzada deyil, Qərb Sahilində də “tam bir dağıntı” halına gəldiyini vurğulayıb.

 

İsrailin Qəzzaya hücumları ilə bağlı Abbas deyib:

 

“Netanyahu şəxsi səbəblərdən dolayı Fələstin xalqına qarşı soyqırımı davam etdirməkdə israr edir.”

 

Netanyahunun barəsində açılmış məhkəmə işlərinə diqqət çəkən Abbas əlavə edib:


“Əgər Baş nazir olmasaydı, hər bir iş onu həbsə salardı. Cəza almamaq üçün Baş nazir olaraq qalmaq istəyir.”


TRT Haber
Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər