İsrail hökuməti Qəzzadakı bütün girovların azad edilməsi planını təsdiqləyib!
İsrail hökuməti Qəzzadakı bütün girovların qaytarılması planını təsdiqləyib. İsrail hökuməti Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi planını təsdiqləyib ki, bu da anklavdakı münaqişənin sülh yolu ilə həllinin ilk mərhələsi kimi nəzərdə tutulub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Ramiyə Mamedova bildirib ki, danışıq masasında belə bir qərara gəlinib ki, HƏMAS girovları geri qaytarmalıdır:
"İsrail Qəzzadakı girovların qaytarılması üçün bəyanat verib. HƏMAS və İsrail tərəfindən qarşılıqlı girovların qaytarılması məsələsi danışılıb. Bunu artıq Tramp bir neçə dəfə müzakirə edib və danışıq masasında belə bir qərara gəlinib ki, HƏMAS girovları qaytarmalıdır. Netanyahu da bu barədə çıxışında bildirib ki, bu birinci addım ola bilər ki, münaqişənin həlli yolunda ilk addımlardan biri ola bilər. Girovların qaytarılmasını birmənalı olaraq İsrail normal qəbul edir, ancaq HƏMAS-ın bundan sonra hansı addımı atacağı sual altındadır. Yəni girovların qaytarılması reallaşacaq, lakin ondan sonrakı məsələlər HƏMAS-ın hansı addım atacağı və bundan sonrakı vəziyyətdə necə hərəkət edəcəyi bəlli deyil. İsrailin verdiyi bəyanatlara görə də, HƏMAS Qəzzadan çəkilməyəcəksə və buraxmayacaqsa, bu münaqişə tam olaraq bitməyəcək. Bundan sonra təbii ki, HƏMAS-ın verəcəyi qərarlar bu məsələdə önəm daşıyır. Digər tərəfdən, bu məsələdə Fələstin dövlətlərinin rəhbərləri özlərinin gücləndirilməsi, öz hakimiyyətlərinin tələsində yenidən gücləndirilməsi məsələsinə baxa bilərlər. Və təbii ki, bu da birmənalı olaraq özləri deyil, üçüncü dövlət tərəfindən ola bilər. Bu, ABŞ, bölgə dövlətləri və dəstək verən Türkiyə tərəfindən də ola bilər. Bu danışıqlar Misir vasitəsilə həyata keçirilib. Bu günkü gündə Misir də öz mövqeyini, gücünü regionda gücləndirməyə çalışacaq. Əlbəttə, bu, Fələstin dövlətinin də verəcəyi qərardan asılıdır. Çünki Fələstin dövləti bundan sonrakı addımları nə olacaqsa, ona görə addım atacaq. Digər tərəfdən də təbii ki, bölgədə olan Türkiyə bu məsələdə mühüm rol oynayır. Belə ki, Türkiyə İsrail və Qəzza münasibətlərində soyqırımın durması tərəfindədir. Misir də həmçinin öz gücünü bərpa etdirmək istəyir. İran da İsraillə bağlı məsələlərdə münaqişəlidirlər və bir-biri ilə yola getmirlər. Bu da İranın nüfuzunun artmamasına təsir edəcək".
Ayan Eyvazova
