İsrail Hizbullahın təlim düşərgələrini vurub
İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqində Hizbullahın hərbi obyektlərinə azı üç hücum həyata keçirib.
"İnformator.az" xəbər verir ki, bu barədə “əl-Maydan” kanalı məlumat yayıb.
Məlumata görə, raket zərbələri Suriya-Livan sərhədindəki dağlıq ərazidə silahlılar üçün təlim düşərgələri və yeraltı sığınacaqları hədəfə alıb:
“Baalbek, Nabi-Şit, Harabta, Hermel və onların ətraf ərazilərində güclü partlayışlar eşidilib, qalın tüstü qatı səmaya qalxıb. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib”.