İsrail HƏMAS ilə danışıqları bərpa edəcək
İsrail Qəzzada girovların azad edilməsi ilə bağlı Fələstinin HƏMAS radikal hərəkatı ilə danışıqların yeni mərhələsinə razılaşır.
Bu mesaj İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin saytında dərc olunub.
Netanyahu girovların azad edilməsi üçün danışıqların növbəti mərhələsini təsdiqləyib. Baş nazir həbsdə olan İsrail vətəndaşları ilə bağlı Mossad rəhbərliyi və İsrail Təhlükəsizlik Agentliyi ilə müzakirə aparıb. Siyasətçi danışıqları bərpa etmək üçün Qahirə və Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.
Qeyd edək ki, martın 26-da Netanyahunun ofisi HƏMAS-ın danışıqlarda güzəştə getməkdən imtina etdiyini açıqlayıb. Hərəkatın rəhbərliyi yenə də İsrail qoşunlarının Qəzzadan dərhal çıxarılmasını tələb edib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
