İsrail HƏMAS-ın Beyrutdakı ofisinə hücum edib
İsrail HƏMAS-ın Beyrutun cənub kənarındakı ofisinə hücum edib. Partlayışa səbəb olan pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS-ın yüksək vəzifəli rəsmisi Saleh əl-Aruri də daxil olmaqla 4 nəfər həlak olub.
Beyrutun cənubunda yerləşən və Livanın Hizbullah silahlı qruplaşmasının qalası kimi tanınan Dahiyə ətrafında şirniyyat mağazası yaxınlığında partlayış baş verib.
İsrailin HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarə ilə hücum təşkil etdiyi bildirilərkən, partlayışda HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri də daxil olmaqla 4 nəfərin öldüyü açıqlanıb.
Livanın baş naziri Mikati hücumu pisləyib və bunu "İsrailin yeni hərbi cinayəti" kimi qiymətləndirib.
Sevinc Yarməmmədova
