00:00:00
Yazar
Admin User
01.09.2025 17:16 62 1 dəq oxuma
Dünya

İsrail HƏMAS-ın xaricdəki liderlərini hədəfə alacağını açıqlayıb

İsrail HƏMAS-ın xaricdəki liderlərini hədəfə alacağını açıqlayıb

İsrail Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzada HƏMAS sözçüsü Əbu Ubeydənin öldürülməsindən sonra qruplaşmanın xaricdəki liderlərini də hədəf alacaqlarını bildirib.

 

Zamir liderlərin Tehran, Dəməşq və Beyrut kimi şəhərlərdə İsrailə qarşı əməliyyatlar apardığını qeyd edərək, “Biz onlara da çatacağıq” deyib. O, İsrail ordusunun “təcavüzkar və fəal” strategiya ilə fəaliyyət göstərəcəyini və hər cəbhədə təşəbbüsü ələ alaraq əməliyyat üstünlüyü ilə hücuma keçəcəyini vurğulayıb.

 

Bundan əvvəl İsrail HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Tehranda öldürüb. Həmin liderin Tehranda İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etdiyi bildirilir.

 

İsrail mənbələri HƏMAS-ın xaricdəki liderlərinin əksəriyyətinin Qətərdə, bəzilərinin isə Türkiyədə olduğunu açıqlayıb.

 

CNN Türk

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər