00:00:00
Yazar
Admin User
27.08.2025 16:34 115 2 dəq oxuma
Siyasət

İsrail HƏMAS liderini öldürüb

İsrail HƏMAS liderini öldürüb

İsrail ordusu HƏMAS-ın Qəzzadakı Ümumi Təhlükəsizlik Aparatının rəhbəri Mahmud əl-Əsvadın hava zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb. Ordu rəsmiləri onun Qərbi Qəzza üzrə ümumi təhlükəsizlik lideri olduğunu və təşkilat üçün mühüm bilik mənbəyi sayıldığını bildiriblər.

 

Məsələ ilə bağlı politoloq Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Həmasın daha bir liderinin öldürülməsi kiçik hadisə deyil:

 

"Amma Qəzza-İsrail-Fələstin probleminin həllinə böyük təsir göstərəcək hadisə də hesab olunmur. İndiyədək İsrailin Qəzza əməliyyatına başladığı təxminən ilyarımlıq müddətdə Həmasın çoxlu sayda liderləri zərərsizləşdirilib. İsmail Haniyədən başlayaraq bu günə qədər Həmasın bir neçə rəhbəri İsrailin kəşfiyyat və hərbi strukturları tərəfindən aradan götürülüb. Lakin proseslər göstərir ki, Həmas liderlərinin bir-bir məhv edilməsi problemin həlli yolu deyil. Qəzza hələ də böyük narahatlıq və müharibə içindədir. Həmasın müqaviməti zəifləsə də, tamamilə qırılmayıb. Hadisələr göstərir ki, zaman keçdikcə, İsrailin Həm asa vurduğu zərbələr artsa da, müəyyən dərəcədə təşkilat zəifləyir, amma eyni zamanda İsrailin əleyhinə dünyada başqa proseslər başlayır".

 

Ekspert həmçinin bunu da bildirib ki, bu proseslərin, xüsusilə də Fələstinin tanınması istiqamətindəki təşəbbüslərin güclənməsi, dolayı yolla Həmasın mövqelərinin də möhkəmlənməsinə təsir göstərir:

 

"Yəni, Həmas liderlərinin öldürülməsi nə Qəzza, nə də ümumilikdə Fələstin probleminin həlli yolu deyil. Sadəcə insanlar aradan götürülə bilər, amma problem iki dövlət prinsipi əsasında həll olunmadıqca, Həmasın liderləri öldürülsə belə, onların yerinə yeniləri çıxa bilər. Hətta Həmas tamamilə məhv edilsə belə, onun yerində yeni təşkilatların yaranmayacağına heç kim zəmanət verə bilməz. Ona görə də Fələstin və Qəzza probleminin həlli tək-tək təşkilat liderlərinin taleyi ilə bağlı deyil. Bu problemin dərin, ekzistensial kökləri var. Həmin köklü məsələ həll olunmayınca, Fələstin və Qəzza ətrafında gərginliyin yeni mərhələlərinə şahid ola bilərik".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər