00:00:00
Yazar
Admin User
04.10.2025 14:12 178 3 dəq oxuma
Dünya

İsrail-Həmas müharibəsi bitir

İsrail-Həmas müharibəsi bitir

İsrail və Həmas arasında uzun müddətdir davam edən qanlı qarşıdurma sona çatmaq üzrədir. Tərəflər arasında əldə olunan ilkin razılaşma bölgədə sülhün bərqərar olacağına ümidləri artırır.

 

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, əgər bu müharibə doğrudan da sona çatsa, Yaxın Şərqdə əmin-amanlıq yarana bilər:

 

 

"İsrail hərbi qüvvələrinin Qəzza bölgəsində keçirdikləri "Gideonun arabaları 2" əməliyyatı əgər doğrudan da İsraillə Həmas arasında müəyyən bir razılaşma əldə olunsa, dayana bilər. ABŞ Prezidenti Donald Tramp Həmasa bir neçə maddədən ibarət şərtlər irəli sürülüb. Həmin şərtlərə əsasən, Həmas Qəzza bölgəsini azad etməklə yanaşı, əsir götürülmüş mülki şəxsləri və həlak olmuş israilli vətəndaşların cəsədlərini İsrailə təhvil verir. Əvəzində, İsrail hərbi qüvvələri Qəzza bölgəsini tərk edir və həmin ərazinin idarəçiliyi müvəqqəti olaraq sabiq Britaniya Baş naziri Toni Bleyerin rəhbərliyində formalaşdırılan inzibati struktura verilir. Daha sonra bölgəyə humanitar yardımlar bərpa olunur, ərazinin bərpası həyata keçirilir və gələcəkdə bu ərazi Fələstin dövləti və ya Fələstin administrasiyasının idarəçiliyinə verilir. Hazırda Həmasın ABŞ-nin irəli sürdüyü bəzi təkliflərə müəyyən razılığı mövcuddur. Bu razılaşmalar əsasən, Türkiyənin vasitəçiliyi ilə həyata keçirilir. Eyni zamanda, Qətər dövləti də Həmasa təsir göstərir, lakin əsas vasitəçi dövlət Türkiyədir. Qeyd etmək lazımdır ki, əgər bu müharibə doğrudan da sona çatsa, Yaxın Şərqdə əmin-amanlıq yarana bilər. Ancaq bu məsələ də nisbidir. Çünki Həmas bəyan edir ki, onlar heç vaxt silahlarını təhvil verməyə razılaşmayıblar".

 

 

Müsahib bildirib ki, yəni bölgədən çəkilmək mümkündür, lakin silahların təhvil verilməsi prosesi hələ ki, ABŞ ilə tam razılaşdırılmayıb: 

 

 

"Nəticə etibarilə, bölgədə sülh ola bilər və bu ehtimal kifayət qədər yüksəkdir. Ən önəmli məsələ ondan ibarətdir ki, Trampın Nobel Sülh Mükafatına təqdimatı ilə bağlı mərasimin oktyabrın 10-da keçiriləcəyi gözlənilir. Əgər doğrudan da müəyyən razılaşma əldə olunarsa, bu və ya digər dövlətlər də "İbrahim" (Avraam) razılaşmasına qoşula bilər. Lakin vəziyyət hələ də gərgindir. Çünki hazırda BMT-də qeydiyyatdan keçmiş 193 dövlətdən artıq 150-dən çoxu Fələstin dövlətini tanıyır. Buna baxmayaraq, Fələstin hələ də tam hüquqlu suveren dövlət deyil. Onun konkret ərazisi, tanınmış sərhədləri və idarəetmə prinsipləri mövcud deyil. Bu səbəbdən vəziyyətin tam həlli və sülh prosesinin irəliləməsi hələ qarşıdadır. Digər yandan, Həmas-İsrail razılaşması nə İranın, nə də Rusiyanın maraqlarına uyğun ola bilər. Çünki bu qarşıdurma bir növ Rusiyanın maraqlarına xidmət edib, dünya ictimaiyyətinin diqqəti Yaxın Şərqə yönəlib. İran da İsraillə Həmasın qarşıdurmasından uzun müddətdir ki, istifadə edir və hər zaman bu xətt üzrə İsraili təhdid edib. Buna görə də ehtimal edilir ki, ABŞ və İsrailin növbəti hədəfi İran ola bilər və böyük ehtimalla olacaq".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər