00:00:00
Yazar
Admin User
30.09.2025 18:17 115 3 dəq oxuma
Siyasət

“ İsrail HƏMAS ölkələrini bir-bir məhv edir”

“ İsrail HƏMAS ölkələrini bir-bir məhv edir”

İsrailin Qətərdə hücumu və Qəzzada baş verənlər qarşısında acizlik ərəb ölkələrini NATO tərzi hərbi ittifaqa sürükləyir. Misirin hərbi gücü və Səudiyyə Ərəbistanının maliyyə və texnoloji imkanları ilə ərəb hərbi ittifaqını qurmaq müzakirələri artıq intensivləşib.

 

Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Dohada HƏMAS nümayəndələrinə hücumu islam, müsəlman, ərəb ölkələrini bir yerə yığıb və onlar sentyabrın 15-də Dohada yığışaraq bu hadisəylə bağlı bəyənat veriblər:

 

“Bəyanatda bildiriblər ki, əgər belə bir hadisə yenidən olarsa o zaman bu ölkələr birlikdə hərəkət edəcəklər və İsrailə lazım cavab verəcəklər. Bu onu göstərir ki, artıq bu birlik yaranır. Birliyinin yaranmasında hesab edirəm ki, məhz elə Türkiyənin böyük səyi və dəstəyi var, çünki həmin ərəfədə də İsrailin hərbi rəhbərlərindən biri “növbəti hədəfimiz Türkiyədir” deyə bildirib. Son ildə İsrailin apardığı bu təcavüzkar siyasətə qarşı duran yeganə ölkə Türkiyədir. Daim Rəcəp Tayib Ərdoğan onları bu sahədə ciddi tənqid edir hətta Netanyahunu “Hitler”adlandırır. Onun Qəzzada törətdiyi qətliamları pisləyir və dünya ictimaiyyətdən ciddi reaksiya verməsini tələb edir. Məhz buna görə də belə bir ittifaqın yaranması günümüzün tələbidir. Çünki biz görürük ki, İsrail HƏMAS ölkələrini bir-bir məhv edir. Digərləri gözləyir ki, növbə ona nə zaman çatacaq. Bütün bunlarda onu göstərir ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum edərək ordan girovlar götürüblər, bu səbəbdən də müharibə başlayıb. Nəticədə də Fələstin zərər çəkib. Yüz mindən artıq ölənlər. yaralananlar var. Eyni zamanda evindən-eşiyindən didərgin düşənlər də var. Artıq Qəzzada 500 min fələstinli məcburi surətdə köçürülüb. Evlər dağıdılıb, viran qoyulub, 13-cü əsrin məscidi dağıdılıb. Yəni İsrail orda qətliam törədir, bu genosid hadisəsidir və həmdə şəhəri yerlə yeksan edir. Buda bütün dünyanın gözü qarşısında baş verir”.

 

Həmçinin şərhçi qeyd edib ki, İsrailin apardığı bu siyasətə Avropa ölkələri, o cümlədən İspaniya, Portuqaliya, Fransa, Niderland, Norveç digər ölkələr ciddi etirazlarını bildirirlər:

 

“Onlar Fələstin ölkəsinin tanınmasını istəyirlər. Buda bir növ həmin ittifaqa dəstək kimi görünə bilər. Təbii ki, ABŞ əsaslı olaraq İsrailin bu hərəkətlərini də dəstəkləyir, baxmayaraq Tramp öz çıxışlarında Qəzzada olan vəziyyətin çox pis olduğunu vurğulayır, ancaq ciddi addımlar atmır. Netanyahunun apardığı bu siyasətə dur demir. Ona görə də hesab edirəm ki, məhz müsəlman ölkələrinin birləşərək İsrailin təcavüzünü dayandırmalıdırlar. Əks təqdirdə İsrail bir-bir bu ölkələri dağıdacaq. Belə bir gücün yaranması İsraili dayandıra bilər və İsraili öz yerində oturmağa məcbur edə bilər. Zamanında İranın foks qüvvələri birləşib İsrailə hücum etsə idilər, İsraili ciddi məğlubiyyətə uğrada bilərdilər. Ancaq görünən odur ki, onlarda bu birlik olmayıb və İsraili məhz onları bir-bir zəiflədib, məhv edib və bugünkü pis günə qoyub. Ona görə də həmin müsəlman ölkələri görürlər ki, hadisələr bu cür baş verir və onların İsrailin təcavüzü qarşısında mütləq birləşmələri lazım idi. Təbii ki, burdada Türkiyənin rolu çox böyükdür. İsrail Türkiyənin bu gün Suriyada apardığı işlərə də müdaxilə edir, onlara qarşı olur. Hətta bəzi yerlərdə toqquşnalar da baş verir. Bu isə çox ciddi problemlərin yaranmasına səbəb ola bilər. Əgər İsrail Türkiyəyə hücum edərsə, düşünürəm ki, bütün müsəlman dünyası ayağa qalxıb İsraili yer üzündən siləcək, baxmayaraq ki, ABŞ onlara dəstəkdir. Hesab edirəm ki, gecdə olsa böyük müsəlman dövlətlərinin ağlı başına gəlib ki, bu təcavüz qarşısında birləşməlidirlər, əgər birləşməsələr məhv olacaqlar”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər