İsrail Həmasdan iki girovun cəsədini alıb
İsrail Qəzzada Həmasın iki girovun cəsədini daşıdığını bildirdiyi tabutları Qırmızı Xaç vasitəsilə təhvil alıb. Bu barədə İsrail Baş nazirinin ofisi məlumat verib.
İsrail qüvvələri cəsədləri şəxsiyyətin müəyyənləşdirilməsi üçün Təl-Əvivdəki Milli Tibbi Ekspertiza Mərkəzinə göndərəcək.
Həmasın silahlı qanadı daha əvvəl israilli girovlar Amiram Kuper və Sahar Baruxun cəsədlərini tapdıqlarını açıqlayıb.
Çərşənbə axşamı İsrail hökuməti Həması Qəzzadakı atəşkəs razılaşmasını pozmaqda ittiham edib. Buna səbəb, qrupun hələ də Qəzzada olan 13 nəfər israilli və xarici girovdan birinə aid olmayan insan qalıqlarını daşıyan tabutu təhvil verməsi olub.
BBC
Səadət Əlizadə