00:00:00
Yazar
Admin User
11.12.2025 14:17 97 1 dəq oxuma
Dünya

İsrail hərbçiləri Livanda UNIFIL patruluna atəş açıb

İsrail hərbçiləri Livanda UNIFIL patruluna atəş açıb

Livanda BMT-nin UNIFIL sülhməramlı patrulu Livan-İsrail sərhədində növbəti dəfə atəşə tutulub. UNIFIL-in açıqlamasına görə, İsrail qüvvələri Sarda bölgəsində patrula Merkava tankının pulemyotundan 10-dan çox atəş açıb. Hadisə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozuntusu kimi qiymətləndirilib. UNIFIL Komandanlığı İsrail ordusundan BMT qüvvələrinə qarşı hücumları dayandırmağı tələb edib.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az” a açıqlamasında bildirib ki, İsrail ordusunun UNIFIL patruluna atəş açması İsrail-Livan xəttində onsuz da həssas olan vəziyyəti daha da gərginləşdirir:

 

“Bu insident BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozuntusu kimi qiymətləndirilə və beynəlxalq səviyyədə ciddi narazılıq yarada bilər. İsrail-Hizbullah toqquşmalarının fonunda belə bir hadisə sərhəddə eskalasiyanı genişləndirə, tərəflər arasında uzun sürən gərginlik yarada bilər. Xüsusilə Livanda siyasi - iqtisadi böhranın davam etdiyi bir zamanda bu cür insidentlər durumu daha da həssas edir. Livan hökuməti vəziyyəti dəyərləndirərək diplomatik addımlar ata bilər, çünki məsələ BMT mandatlı qüvvənin vurulmasıdır. Livan tərəfi hadisəni BMT Təhlükəsizlik Şurasında qaldırmağa çalışa bilər. İran da bu insidenti İsrailin “uyğun olmayan davranışı” kimi təqdim edib bölgədə öz narrativini gücləndirməyə çalışacaq. Bu insident regional gərginliyin yenidən alovlanması riskini artırır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər