00:00:00
Yazar
Admin User
20.09.2025 14:31 78 1 dəq oxuma
Dünya

İsrail hərbçiləri Suriyanın cənubunda əməliyyat keçiriblər

İsrail hərbçiləri Suriyanın cənubunda əməliyyat keçiriblər

İsrail qüvvələri Suriyanın cənubunda yerləşən Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Əs-Samdaniya yaşayış məntəqəsində təmizləmə əməliyyatı keçiriblər.

 

"İnformator.az"ən TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Syria TV" telekanalı məlumat yayıb.

 

Kanalın məlumatına görə, İsrail ordusunun patrul dəstəsi kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub və bir neçə avtomobili yoxlayıb.

 

Telekanaldan bildirilib ki, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət karvan Cənubi Suriyanın Deraa əyalətinin ərazisinə daxil olaraq orada reyd keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər