00:00:00
Yazar
Admin User
30.08.2025 19:42 127 1 dəq oxuma
Dünya

İsrail İran komandirlərini belə hədəfə alıb

İsrail İran komandirlərini belə hədəfə alıb

İsrail hərbçiləri İran hərbi komandirləri və nüvə alimlərinin hərəkətlərini təhlükəsizlik qüvvələrinin telefonları vasitəsilə izləyib və onları məhv edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

 

Məlumata görə, İranın kəşfiyyat aparatı İsrailin Tehranda Pezeşkian da daxil olmaqla, yüksək rütbəli rəsmilərinin yerləşdiyi bunkeri bombalamasından sonra ciddi təhlükəsizlik qüsuru aşkar edib.

 

İsrail, iştirakçıların diqqətsizliyi və sosial şəbəkələrdəki paylaşımlardan istifadə edərək, onları müşayiət edən cangüdənlərin telefonlarını sındırmaqla görüş yerini müəyyən edib.


Bundan sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei genişmiqyaslı təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizəçilərin sayının artırılması, mobil telefon və messencerlərin, o cümlədən Vatsapdan istifadənin qadağan edilməsi barədə göstəriş verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər