00:00:00
Yazar
Admin User
16.06.2025 10:15 123 1 dəq oxuma
Dünya

İsrail İrana qarşı İngiltərə və Fransadan dəstək istəyir

İsrail İrana qarşı İngiltərə və Fransadan dəstək istəyir

 

İsrail hökuməti İranın "Sadiq vəd-3" əməliyyatı çərçivəsində həyata keçirdiyi ballistik raket və dron hücumlarına qarşı beynəlxalq müdafiə dəstəyi üçün bir neçə ölkəyə rəsmi müraciət edib.

 

Məlumata görə, İsrail bu çərçivədə ilk növbədə İngiltərə və Fransaya üz tutub. İngiltərə bu istəyə müsbət cavab verərək dəstək təklif edib. Fransa isə hələlik qərar verməkdə tərəddüd edir.

 

İsrailli rəsmi nümayəndələr bildiriblər ki, əvvəlki “Sadiq vəd-1”və“Sadiq vəd-12” əməliyyatları zamanı da İngiltərə İsrailə yardım göstərib. Həmin hücum dalğalarına qarşı beynəlxalq koalisiyanın qurulması təcrübəsi bu dəfə də təkrarlana bilər.

 

Hazırda İsrailin əsas məqsədi – İranın irimiqyaslı hücumlarına qarşı effektiv müdafiə üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

 

TRT haber
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər