İsrail:İranın polad gücünün 70%-i məhv edilib
Cümə günü İsrail İran tərəfindən yeni raket hücumlarına məruz qaldığını açıqladı. Bu arada ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edərək bildirdi ki, ABŞ hələ İranın infrastrukturunun “qalan hissəsini məhv etməyə” başlamayıb.
Baş nazir Benyamin Netanyahu cümə günü açıqlamasında deyib ki, İsrailin hava zərbələri nəticəsində İranın polad istehsal gücünün təxminən 70 faizi sıradan çıxarılıb. Bu isə ölkənin silah istehsal etmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Polad sənaye və hərbi istehsalda, o cümlədən raket, pilotsuz uçuş aparatları və gəmilərin hazırlanmasında strateji əhəmiyyətə malik materialdır.
Netanyahu video müraciətində bildirib:
“Amerikalı dostlarımızla birlikdə İranın terror rejimini sarsıtmağa davam edirik. Komandanları zərərsizləşdiririk, körpüləri və infrastrukturu bombalayırıq".
O əlavə edib:
“Son günlərdə Hərbi Hava Qüvvələri İranın polad istehsal gücünün 70 faizini məhv edib".
Euronews
Zəri Bayramlı