İsrail, İranın raket rampalarının üçdə birini məhv etdiyini iddia edib
İsrail ordusu, İranın raket rampalarının üçdə birini məhv etdiklərini iddia edib.
Ordudan verilən açıqlamada bildirilir ki, İranda gecə saatlarında İsrailə atılmamışdan əvvəl 20-dən çox yer-yer raketi məhv edilib.
Açıqlamada qeyd olunur ki, İsfahan bölgəsində təxminən 100 hərbi hədəf vurulub, təxminən 50 hərbi təyyarə raket anbarları və yer-yer raket rampalarını hədəfə alıb.
“Bu (gecəki hücum) ilə birlikdə İranın raket rampalarının üçdə biri məhv edilib”, – deyə açıqlamada bildirilir.
TRT HABER
Solmaz Muradova