İsrail Əl-Əqsada İslam irsinə zərər vurur
Qüds Qubernatorluğu İsrailin Əl-Əqsa məscidinin altında apardığı qanunsuz qazıntılar nəticəsində İslam əsərlərinin məhv edildiyini açıqlayıb. Bəyanatda Əməvilər dövrünə aid tarixi tikililərin qəsdən hədəfə alındığı və məscidin tarixi şəxsiyyətinin təhrif edilməyə çalışıldığı vurğulanıb.
Qubernatorluq xəbərdarlıq edib ki, beynəlxalq nəzarət olmadan aparılan qazıntılar Məscidül-Əqsanın təməllərini riskə atır, əvəzsiz tarixi irs məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Beynəlxalq ictimaiyyət, YUNESKO və BMT pozuntuların dərhal dayandırılması və İsrailin məsuliyyətə cəlb edilməsi üçün təcili müdaxiləyə çağırılıb.
TRT XƏBƏR
Ləman Mahmudlu