00:00:00
Yazar
Admin User
09.09.2025 15:04 87 1 dəq oxuma
Dünya

İsrail müharibəni uzatmağa çalışır

İsrail müharibəni uzatmağa çalışır

İsrail müharibəni uzatmağa çalışır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qətərə hücumu barədə yaydığı bəyanatda bildirilib.

 

Qeyd olunub ki, atəşkəs müzakirələri davam edərkən HƏMAS heyətinin hədəf alınması İsrailin sülh üçün çalışmadığını, savaşı uzatmağa səy göstərdiyini göstərir: "Bu hücum nəticəsində İsrailin regionda hədəf aldığı ölkələr sırasına atəşkəs müzakirələrinə vasitəçilik edən Qətər də daxil oldu".

 

Türkiyə XİN Qətəri dəstəklədiyini və hücumu pislədiyini bildirib.

 

Xatırladaq ki, bu gün İsrail Dohada HƏMAS-ın yüksək vəzifəli rəhbərlərinin öldürülməsi ilə bağlı əməliyyat həyata keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər