00:00:00
Yazar
Admin User
23.12.2025 18:52 97 1 dəq oxuma
Dünya

İsrail naziri açıq şəkildə işğalı elan edib

İsrail naziri açıq şəkildə işğalı elan edib

İsrailin müdafiə naziri Yisrael Katz HƏMAS ilə atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun Qəzza zolağından bütünlüklə geri çəkilməyəcəyini açıqlayıb və "müvafiq zamanda Qəzzanın şimalında yenidən qurulacaqlarını" bəyan edib.

 

Yerli mətbuatın verdiyi məlumata görə, Katz işğal altındakı İordan çayının qərb sahilində ələ keçirilən Fələstin torpaqlarında 1200 yeni evin tikintisinə həsr olunmuş bayram tədbirinə qatılıb. Tədbirdə çıxış edən Katz, atəşkəs razılaşmasına baxmayaraq İsrailin Qəzzadan tamamilə geri çəkilməyəcəyini bildirib.

 

Atəşkəsdən sonra İsrail rəhbərliyinin əvvəlki açıqlamalarının əksinə olaraq, Katz Qəzzanın bəzi bölgələrində işğalı davam etdirəcəklərini bildirib və əlavə edib:

"Vaxtı gələndə, boşaldılan (qanunsuz yəhudi) yaşayış məntəqələrinin yerinə Qəzzanın şimalında forpostlar yaradacağıq. Bunu doğru zamanda və uyğun şəkildə edəcəyik".

 

HƏMAS ilə atəşkəs razılaşmasının ikinci mərhələsi başa çatdıqdan sonra İsrail ordusunun Qəzzanın bütün bölgələrindən çıxarılması tələb olunur. İsrail 1967-ci ildə “Altı günlük müharibə” kimi tanınan müharibədə Qəzza zolağını işğal edib.

İşğalını davam etdirən İsrail Fələstin torpaqlarını ələ keçirib və Qəzzanın bir çox yerində qeyri-qanuni yəhudi məskənləri salıb.

Bu qeyri-qanuni yaşayış məntəqələri 2005-ci ildə İsrail tərəfindən boşaldılıb. İsrailin Baş naziri Binyamin Netanyahunun kabinetində bəzi nazirlərin dəstəklədiyi bəzi dərnək və təşkilatlar Qəzzada 2005-ci ildə boşaldılan bu qeyri-qanuni məskunlaşmaların yenidən qurulmasını və israilli məskunlaşanların oraya yerləşdirilməsini müdafiə edir.

 

Aydan Əsgərxanlı

CNN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər