00:00:00
Yazar
Admin User
03.07.2025 15:44 150 1 dəq oxuma
Dünya

İsrail ordusu Beyrutun cənubunda "Hizbullah" komandirini öldürüb

İsrail ordusu Beyrutun cənubunda "Hizbullah" komandirini öldürüb

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın paytaxtının cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.

 

"İnformator.az"ın Əl-Cədid" telekanalına istinadən verdiyi məlumata görə, zərbə nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri ölüb.

 

Hadisə Halde şəhərətrafı məhəllədə, hərəkətin gediş-gəlişi olan avtomobil yolunda baş verib. Raketin vurduğu avtomobil yanıb.

 

Telekanalın mənbələri iddia edir ki, ölən komandir "Hizbullah" rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.


İsrail Müdafiə Ordusu silah qaçaqmalçılığına və terror hücumlarının təşkilinə görə məsuliyyət daşıyan şəxsin öldürüldüyünü təsdiqləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər